Bakı-Qazax yolunda toz burulğanı sürücüləri çətin vəziyyətə saldı – VİDEO

Cəmiyyət


Güclü külək Bakı-Qazax-Gürcüstan magistral yolunda nəqliyyatın hərəkətini çətinləşdirib.

resmixeber.az xəbər verir ki, sözügedən magistralın 19-cu kilometrliyində lentə alınan videogörüntülərdə güclü küləyin torpağın üst qatını sovuraraq görmə məsafəsini pisləşdirdiyi görünür. 

Bəs güclü küləklə müşahidə edilən hava şəraiti nə qədər davam edəcək?

Bu barədə resmixeber.az-ın sualını Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova cavablandırıb.

O bildirib ki, Milli Hidrometeorologiya Xidmətinin martın 30-u saat 15:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi Respublikanın bir sıra rayonlarında qərb küləyinin güclənməsi müşahidə olunub, əsasən yağmursuz keçib:

“Qərb küləyi Naftalanda 35 m/s, Tərtər, Ağdam, Bərdədə 28 m/s,  Gəncədə 24 m/s, Daşkəsəndə 23 m/s, Göyçay, Zərdab, Yardımlı, Neftçala, Beyləqan, Şəmkirdə 20 m/s, Göytəpə, Mingəçevirdə 19 m/s, Yevlax, Ağstafa, Tovuzda 18 m/s, Ordubadda 15 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib. 

Yaxın saatlarda küləyin maksimal sürəti 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Güclü küləkli hava şəraitinin daha 2 gün ərzində davam edəcəyi, küləyin maksimal sürətinin 30-u axşam, 31-də gecə və səhər arabir 32-35 m/s-dək çatacağı gözlənilir. Aprelin 01-i gündüz saatlarından tədricən mülayimləşəcək”

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir