Türkiyənin bəzi vilayətlərində güclü qar səbəbindən məktəblər bağlanıb.
Vilayət rəhbərliklərindən bildirilib ki, qar yağmağa davam edir və buzlaşma səbəbindən məktəblərdə dərslər bir günlük təxirə salınıb.
Yozgat, Nevşehir, Gümüşhane, Bayburt, Sivas, Bayburt, Muş, Samsun, Erzincan, Ordu, Giresun vilayətlərindən müvafiq açıqlama yayılıb.
İnsanlara əlverişsiz hava şəraiti ilə əlaqədar diqqətli olmaları barədə xəbərdarlıq edilib.
Mənbə: Anadolu
www.RESMIXEBER.az