“Zaporojye Atom Elektrik Stansiyasında (AES) vəziyyət yaxşılaşmır, əksinə, stansiya ətrafında hərbi əməliyyatlar intensivləşir”.
Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Zaporojye AES-ə səfəri zamanı mətbuata açıqlamasında bildirib.
O, həmçinin BAEA-nın Zaporojye AES-də fəlakətin qarşısını almaq üçün bütün tərəflərin razılaşdıra biləcəyi real tədbirlər təklif etmək niyyətini açıqlayıb. Onun sözlərinə görə, təşkilat Zaporojye AES-in ətrafındakı ərazinin deyil, onun özünün mühafizəsi ilə bağlı konsepsiya hazırlayır.
Bu, BAEA rəhbərinin Rusiyanın Ukraynaya hücumundan bəri Zaporojye AES-ə ikinci səfəridir. O, bundan əvvəl stansiyaya 2022-ci ilin sentyabrında baş çəkmişdi.
Mənbə: ZN,UA
www.RESMIXEBER.az