Türkiyə millisinin üzvü İtaliya nəhənginə keçir

Dünya


“İnter” mövsümün sonunda komandanı tərk edəcək Milan Şkrinyara əvəzləyici tapıb.

“Nerazzuri” “Atalanta”nın müdafiəçisi Merih Demiralı heyətinə qatmaq istəyir. Milan təmsilçisi yayda keçidi reallaşdırmaq üçün berqamolularla danışıqlara indidən start verib. Klub Türkiyə millisinin üzvünün potensialını yüksək qiymətləndirir və onun Şkrinyarın gedişindən sonra yaranacaq boşluğu doldura biləcəyinə inanır.

Merih Demiral 2022-ci ilin yayında “Yuventus”dan “Atalanta”ya keçib. 25 yaşlı mərkəz müdafiəçisi bu mövsüm bütün turnirlərdə 22 oyun keçirib və bir qol vurub.

Mənbə: “La Gazzetta dello Sport”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir