Azərbaycanın İsraildə səfirliyi fəaliyyətə başlayıb

Siyasət


Bu gün İsrailin Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin təntənəli açılış mərasimi keçirilib. 

Açılışda İsrailin xarici işlər naziri Eli Koen və xüsusi olaraq İsrailə səfər edən  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak ediblər.

Xatırladaq ki, 2022-ci ilin sonunda Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib.

Noyabrın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib.

Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. M.Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.

Mənbə: Newsru.com

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir