FT: “İkinci “Demokratiya sammiti” həm virtual, həm də sürrealistdir”

Siyasət


“ABŞ Prezidenti Cozef Baydenin təşkilatçılığı ilə keçirilən ikinci “Demokratiya sammiti” həm virtual, həm də sürrealist xarakter daşıyır”.

Bu barədə “resmixeber.az” Edvard Lyukun “Financial Times” qəzetindəki məqaləsinə istinadən xəbər verir.

Məqalədə deyilir ki, əgər ABŞ XXI əsrdən dərs çıxarmış olsaydı, demokratiyanın silah gücünə qurulmadığını bilərdi. İraqa müdaxilənin 20-ci ildönümü amerikalılara bunu xatırlatdı. Müəllif hesab edir ki, sammitin təhlükəsiz “Zoom” platformasında keçirilməsi onun heç də yaxşı olması demək deyil.

“Demokratik” sammitə dəvət olunanlar arasında müxalifət lideri Rahul Qandini saxta ittihamlarla həbs etməyə çalışan Hindistan, yaxud lideri Andres Manuel Lopez Obradorun azad və ədalətli seçkilərə son qoymağa çalışdığı Meksika olduğu halda, Macarıstan və Türkiyə kimi ölkələr dəvət almayıb.

Liberal-demokratik Rusiyanın Ukraynaya müdaxilə etməsini təsəvvür etmək çətindir. Avtokratik Ukraynada xalqın öz azadlığı uğrunda indiki kimi mübarizə aparmasını da təsəvvür etmək çətindir.

“Buna görə də ABŞ-ın demokratiyanın yayılmasının onun milli maraqlarına uyğun olduğuna inanması ağlabatandır. Problem ondadır ki, ABŞ bunu çox yaxşı həyata keçirmir”, – müəllif yazır.

O əlavə edir ki, ABŞ-ın demokratiyanın təşviqində yeganə ciddi uğuru müharibədən sonrakı Avropa üçün Marşal Planıdır.

Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarın keçən il dediyi kimi, Avropa onun problemlərinin dünyanın problemləri, lakin dünyanın problemlərinin Avropanın problemi olmaması fikrindən əl çəkməlidir.

Müəllif qeyd edir ki, doğrudur, Hindistan XİN rəhbəri ümumilikdə Qərb ölkələrini nəzərdə tutsa da, bu sırada ABŞ-ı göstərməyib. C.Bayden də Hindistanın demokratiya yolundan geri çəkilməsini qəsdən xatırlatmır. “Çinə müqavimət göstərmək üçün hər kəsə dost lazımdır”, – o hesab edir.

Qeyd olunur ki, Hindistanın müsəlman azlıqlarına münasibəti bəlkə də Çinin Sincandakı siyasəti qədər pisdir. Eyni zamanda, ABŞ Dövlət Departamenti Kəşmirdə baş verənlərlə bağlı münasibət bildirmədən Sincandakı hadisələri “soyqırımı” adlandırıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir