Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün “Twitter” hesabında xəbər verib.
Onun sözlərinə görə, Netanyah ilk olaraq Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə Ceyhun Bayramovu təbrik edib. Bundan sonra regional məsələlər müzakirə edilib və ikitərəfli əməkdaşlığı gücləndirməkdə davam etmək barədə razılığa gəlinib.
PM @netanyahu congratulated Minister @Bayramov_Jeyhun for the opening of the Azerbaijani Embassy in Israel.
During their meeting they discussed regional issues, and agreed to continue strengthening our bilateral cooperation 🇮🇱🇦🇿 pic.twitter.com/GM7KPXDFgH— George Deek (@GeorgeDeek) March 29, 2023
www.RESMIXEBER.az