Bakı və Kişinyov arasında birbaşa aviareys açılıb – FOTO

Dünya


“Air Moldova” aviaşirkəti Moldovanın paytaxtı Kişinyov və Bakı arasında ilk uçuşunu həyata keçirib.

Bu barədə aviaşirkətin “Facebook” səhifəsində məlumat paylaşılıb.

Bildirilir ki, ilk aviareys artıq martın 28-də həyata keçirilib.

“Air Moldova” Kişinyovdan Bakıya həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri müntəzəm uçuşlar həyata keçirəcək. Uçuş müddəti 3 saat 20 dəqiqədir.

Bakıdan Kişinyova da reyslər həftədə üç dəfə – çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Uçuş müddəti 3 saat 40 dəqiqədir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir