Lerikdə sərnişin yük maşınından yıxılaraq ölüb

Cəmiyyət


Lerik rayonunun Siyov kəndində sərnişin yük maşınından yıxılaraq ölüb.

“resmixeber.az” xəbər verir ki, 1989-cu il təvəllüdlü Höccətov Pərviz Tofiq oğlu hərəkətdə olan yük maşınının arxasından yıxılıb.

O, hadisə nəticəsində ağır-kəllə beyin travması alıb.

P.Höccətov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir