“Fazil Mustafaya 7-8 güllə atılıb. Bu, onun həyatına edilən sui-qəsddir”.
Bunu “resmixeber.az”a Milli Məclisin deputatı Zahid Oruc Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.
“Bu sui-qəsdin təbii ki, siyasi səbəbləri var. Kimlərsə 90-cı illərlə bu dövrü səhv salır, o vaxt da siyasi terrorlar baş alıb gedirdi. Həm də Qarabağ müharibəsindən sonra əksər adamlarda silah var idi. O silahlarla daxildə müxtəlif hücumlar həyata keçirirdilər”, – Z.Oruc bildirib.
Qeyd edək ki, bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb.
TƏBİB-dən verilən məlumata görə, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir və həyati təhlükəsinin olmadığı bildirilir.
www.RESMIXEBER.az