Meksikanın Syudad-Xuares şəhərində Miqrasiya Xidməti mərkəzində baş vermiş yanğın nəticəsində azı 39 nəfər ölüb.
Həlak olanların əksəriyyəti miqrantlardır.
Həmçinin, 100-ə yaxın insan xəsarət alıb və zəhərlənib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Yanğının Miqrasiya Xidmətinin ABŞ ilə sərhəddə yerləşən mərkəzində saxlanılan miqrantlar tərəfindən törədildiyi güman edilir.
Mənbə: TASS
www.RESMIXEBER.az