Hava şəraiti kəskin dəyişəcək, temperatur 10 dərəcə enəcək – XƏBƏRDARLIQ

Cəmiyyət


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti haqqında məlumat yayıb.

Xidmətdən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 30-u səhərdən aprelin 1-i axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Martın 30-u axşamdan aprelin 1-i gündüzədək fasilələrlə yağıntılı olacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Martın 30-u səhər şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi gözlənilir.

Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı sulu qar, qar yağacağı gözlənilir. Aprelin 1-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq. Axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir