Fransa hakimiyyəti bir neçə böyük bankda axtarış aparıb – FOTO

Dünya


Fransa hakimiyyəti ölkənin “Societe Generale” və “BNP Paribas”, eləcə də Britaniyanın HSBC bankı da daxil olmaqla bir neçə böyük bankın ofislərində axtarışlar aparıb.

Bu barədə Fransa Milli Maliyyə Prokurorluğundan (PNF) məlumat verilib.

Banklar çirkli pulların yuyulmasında və vergi fırıldaqlarında şübhəli bilinirlər.

Prokurorluq nümayəndəsi bununla bağlı KİV-də çıxan xəbərləri təsdiqləyib. Həmin məlumatlarda bankların artıq bir neçə il əvvəl çirkli pulların yuyulmasında ittiham olunduğu yazılıb.

Mənbə: “Reuters”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir