Azərbaycan xalçaları ABŞ-də sərgilənib – FOTO

Dünya


“Azərxalça” ASC və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) arasında əldə olunmuş razılığa əsasən, Vaşinqtonda Azərbaycan xalçalarının sərgisi keçirilib.

Bu barədə “Azərxalça” ASC-dən məlumat verilib.

Məlumata görə, sərgi USACC-nin ofisinin qalereyasında, “Azərxalça”nın İdarə Heyətinin sədri Emin Məmmədov və Palatanın icraçı direktoru Natiq Baxışovun iştirakı ilə baş tutub. Sərgidə nümayiş etdirilmək üçün ABŞ-yə Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz xalçaçılıq məktəblərinə aid 76 ədəd müxtəlif ölçülü yun və ipək xalça göndərilib. Sərgi iştirakçılarına, eləcə də xalça satın almaq istəyənlərə yalnız ənənəvi üslubda və rənglərdə deyil, modern dizaynlı, müasir interyerə daha uyğun, çağdaş zövqə xitab edən pastel rəngli xalçalar da təqdim olunub.

Sərgini nəzərə alaraq, kənd qadınlarının səlahiyyətlərinin artırılması məqsədi ilə ABŞ-nin paytaxtı Vaşiqtonda elan olunmuş “Qadın tarixi ayı” çərçivəsində şəhər meri Mayor Bouzer 27-31 mart tarixlərini “Azərbaycan kənd qadınlarının gücləndirilməsi və səlahiyyətlərin artırılması həftəsi” elan edib. Bunu təsdiq edən sənəd rəsmi şəkildə “Azərxalça”nın nümayəndələrinə təqdim olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir