Bakıda avtomobilin vurduğu piyada 11 gün sonra xəstəxanada ölüb

Cəmiyyət


Bakıda avtomobilin vurduğu piyada 11 gün sonra xəstəxanada ölüb.

“resmixeber.az” xəbər verir ki, hadisə martın 16-da Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, Rəşidov Yavər İsmayıl oğlu “RR FOOD” MMC-yə məxsus “Hyundai” markalı yük avtomobilini Gəncə prospektində yerləşən “Farida” şadlıq sarayının həyətində arxaya doğru sürərkən piyada Tağılı İlqar Bəhram oğlunu vurub. Xəsarət alan piyada martın 27-də 3 saylı şəhər Kliniki Xəstəxanasında ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir