Doqquz yaşlı Ayxanın anası imdad diləyir: “Əməliyyat olunmağı üçün iki günü qalıb” – FOTO

Cəmiyyət


Doqquz yaşlı Ayxanın sizin köməyinizə ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun anası Əfsanə Qarəhmədova məlumat verib.

O bildirib ki, Ayxanın görmə problemi var.

“Ayxan anadan olandan bir gözündə mirvari suyu var idi. Altı aylıq olarkən bununla bağlı əməliyyat keçirsə də, daha sonra digər gözündə də problem olduğunu öyrəndik. Ayxan 2 yaşında gözündən əməliyyat olaraq linza qoyulub. Digər gözü isə 16 yaşı olanda keratakonus (buynuz qişanın nazikləşməsi və itiləşməsi nəticəsində irəliləyən miopiyaya və astiqmatizmə səbəb olan bir xəstəlikdir) əməliyyatı olmalıdır”.

Əfsanə Qarəhmədova övladının yenidən əməliyyata ehtiyacı olduğunu deyib.

“Ayxan yenidən iki dəfə əməliyyat olunmalıdır. Əməliyyatın biri görməsinin artması üçün, digəri isə göz formasını itirməməsi üçündür. Hazırda Ayxanın bir gözü 3%, digər gözü isə 1,8% görür. Əməliyyatdan sonra görməsi 15-20%-ə qədər arta bilər. Övladım indi az da olsa görür, əməliyyat olmasa, görmə qabiliyyətini həmişəlik itirəcək. Bu, mənim üçün, övladım üçün çox ağırdır. Yaşıdları gəzib, oynayarkən o, ən xırda ehtiyaclarında belə qardaşına və mənə möhtacdır. Əməliyyat üçün lazım olan 7 000 manatın 4 200 manatını toplaya bilmişik. Amma 2 800 manatımız hələ də çatışmır. Martın 30-u üçün İstanbulda olmalıyıq. Övladımın ömürlük dünya işığına həsrət qalmaması bu 2 800 manatdan asılıdır. Yardımsevər şəxslərdən övladıma kömək etməklərini, onu bu yaşda dünya işığından məhrum olmamağına yardım etməklərini xahiş edirəm”.

Ailə ilə əlaqə: 055 583 82 97

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir