AVRO-2024-ün seçmə mərhələsində II turun növbəti oyunları keçirilib.
resmixeber.az xəbər verir ki, F qrupunda yer alan Azərbaycan yığması İsveçin qonağı olub. Matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda Avstriya Estoniyanı qəbul edib. Bu görüşdə də meydan sahibləri qalib gəlib – 2:1.
İlk turda Fransaya 0:4 hesabıyla uduzan Niderland bu raundda Cəbəllütariqi sınağa çəkib. “Narıncılar” üç xalı üç cavabsız qolla qazanıblar. Niderlandın qollarına Memfis Depay və Natan Ake (2) imza atıblar.
Fransa İrlandiya ilə üz-üzə gəlib. “Xoruzlar” minimal hesablı qələbəyə seviniblər. Yeganə qolu Benjamen Pavar vurub.
AVRO-2024
Seçmə mərhələ, II tur
27 mart
B qrupu
Niderland – Cəbəllütariq – 3:0
Qollar: Depay, 23, Ake, 50, 83
İrlandiya – Fransa – 0:1
Qollar: Pavar, 50
E qrupu
Polşa – Albaniya – 1:0
Qol: Sviderski, 41
Moldova – Çexiya – 0:0
F qrupu
İsveç – Azərbaycan – 5:0
Qollar: Forsberq, 38, Bəhlul Mustafazadə, 65 (öz qapısına), Qyokeres, 79, Karlson, 88, Elanqa, 89
Avstriya – Estoniya – 2:1
Qollar: Kaynts, 68, Qreqoritş, 87 – Sappinen, 25
G qrupu
Macarıstan – Bolqarıstan – 3:0
Qollar: Veçsey, 7, Soboslay, 26, Adam, 39
Monteneqro – Serbiya – 0:2
Qollar: Vlahoviç, 78, 90+6
www.RESMIXEBER.az