AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov Paris Milli Kitabxanasından “Əsli və Kərəm” (“Hekayəti-Kərəm” adı ilə) və “Aşıq Qərib” (“Aşıq Qərib və Şahsənəm xanım” adı ilə) dastanlarımızın XIX əsrdə ərəb qrafikası ilə yazıya alınmış variantlarının surətlərini əldə edib.
Bu barədə AMEA-dan məlumat verilib.
Bildirilib ki, “Hekayəti-Kərəm” adlı birinci əsər 157 səhifədən ibarətdir. 1850-ci ildə nəstəliq xətti ilə köçürülüb. Hadisələr Bakı nəşrlərindən fərqli olaraq, İsfahanda deyil, Şirazda cərəyan edir.
İkinci əlyazma “Aşıq Qərib” dastanının ən qədim nüsxəsidir. 1838-1839-cu ildə nəstəliq xətti ilə köçürülüb. 65 səhifəlik əlyazmanın nəzm hissəsi, əsasən, qoşmalardan ibarətdir.
www.RESMIXEBER.az