Bayram günlərində zəhərlənənlər: İki qadının həyatını xilas etmək mümkün olmayıb

Cəmiyyət


Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində zəhərlənmə şübhəsi ilə KTM-ə 121 müraciət daxil olub.

Bu barədə Kliniki Tibbi Mərkəz (KTM) məlumat yayıb.

Qeyri-iş günlərində (20-26 mart) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə 121 nəfər müraciət edib.

Müraciət edən şəxslərdən 88-nə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 33 nəfər isə şöbəyə yerləşdirilib, onlara zəruri tibbi xidmətlərin göstərilməsinə başlanılıb.

Xəstəxanaya yerləşdirilən 33 nəfərdən 23-ü qadın, 10-u kişi olub. Onlardan 5-i dəm qazından, 15-i dərmandan, səkkizi sirkə turşusundan, üçü botulizm, ikisi isə allergiya səbəbindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, iki qadının (sirkə turşusu zəhərlənməsi səbəbilə) həyatını xilas etmək mümkün olmayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir