Bakıda 23 yaşlı qadın motosikletçi qəza törədib

Cəmiyyət


Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un məlumatına görə, 2000-ci il təvəllüdlü Pirmalıyeva Sevinc Ceyhun qızı idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək dəmir maneəyə çırpılıb.

Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir