Maarifçilik hərakatının öncüllərindən olan şuşalı müəllim – Nəcəf bəy Vəzirov + VİDEO

Mədəniyyət


Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi məşhur şuşalı, Azərbaycanın maarifçilik hərakatının öncüllərindən olan Nəcəf bəy Vəzirov haqqında video hazırlayıb.

Videoda ədibin həyat və yaradıcılıq yolu, fəaliyyəti haqqında məlumatlar yer alıb.

Nəcəf bəy Vəzirov 1854-cü ildə Şuşa şəhərində anadan olub. Ədibin maarifçilik ideyalarına xidmət edən zəngin yaradıcılığı milli dramaturgiyamızın inkişafında mühüm yer tutur.

Nəcəf bəy bir müddət Bakı şəhər maarif şöbəsi rəisinin müavini işləyib və müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılmasında yaxından iştirak edib. O, Bakıda Kənd təsərrüfatı texnikumunda müəllimlik edib.

Əsərlərinin qonorarını xeyriyyə cəmiyyətlərinə köçürən Nəcəf bəy deyirdi:

“Bu mənim prinsipimdir. Hələ vicdanımı itirməmişəm ki, xalqımın maariflənməsinə kömək edən yazılarımdan qazanc götürəm”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir