Gəncədə yem mağazasındakı yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirlıyi məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 112 m² olan birmərtəbəli tikilinin (yem və kənd təsərrüfatı məhsullarının satışı mağazası kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 36 m² sahədə və içərisinə yığılan 1,5 ton məhsul yanıb.
“Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə qeyd olunub.
www.RESMIXEBER.az