Türkiyə milli futbol komandası İrəvanda – FOTO/VİDEO

Dünya


Türkiyə Milli Futbol Komandası Ermənistanın paytaxtı İrəvana gedib.

Komanda 2024-cü il Avropa Çempionatının seçmə mərhələsinin D qrupunun ilk oyununda səfərdə Ermənistanla qarşılaşacaq.

İrəvandakı Zvartnots Beynəlxalq Hava Limanına enən milli komanda onlar üçün ayrılmış avtobusla qalacaqları hotelə doğru yola düşüblər.

Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi hava limanından çıxışda mətbuat mənsublarına qısa açıqlama verib.

“Sabah ilk oyunumuzu oynayacağıq. Gözəl bir başlanğıca imza atmaq istəyirik. 2024-cü il Avropa çempionatı Almaniyada keçirildiyi üçün bizim üçün son dərəcə əhəmiyyətlidir. Almaniyada çoxlu Türkiyə vətəndaşımız var. Ümid edirəm ki, texniki komandamız və futbolçularımız sabah burada, çərşənbə axşamı isə Bursada ən yaxşı nəticəni qazanmaq üçün mübarizə aparacaqlar. Məqsəd Almaniyada keçiriləcək Avropa çempionatında iştirak etməkdir. Beləliklə, biz ən çox tamaşaçı kütləsinə nail olaraq öz evimizdə imiş kimi oyunlarımızı keçirmək istəyirik. Heyətimizin yüksək əhvaldadır. Ən gözəl şəkildə ölkəmizi təmsil edəcəklərinə inanırıq”, – deyə o qeyd edib.

 

 

Mənbə: CNNTürk

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir