Nyu-Yorkda Azərbaycanla FAO arasında meşələrin mühafizəsi məsələsi müzakirə olunub

Cəmiyyət


ABŞ-nin Nyu-York şəhərində keçirilən BMT Su Konfransı çərçivəsində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Qu Donqyu arasında ikitərəfli görüş təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə meşələrin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, su resurslarının səmərəli idarə olunması məsələləri və Azərbaycanın bu çərçivədə fəaliyyətləri müzakirə edilib.

Qeyd edək ki, Nyu-Yorkda keçirilən BMT-nin Su Konfransında Azərbaycanın nümayəndə heyəti də iştirak edir. Konfrans çərçivəsində martın 24-də Azərbaycanın bu sahədə təcrübələrinə dair xüsusi sessiya keçiriləcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir