Makron növbəti seçkilərdə namizəd olmayacaq

Dünya


Fransa prezidenti Emmanuel Makron ölkənin pensiya sistemində aparılan islahatlar fonunda bildirib ki, daha bir müddətə seçilməyi planlaşdırmadığı üçün reytinqini Fransanın maraqları naminə qurban verməyə hazırdır.

“Mən yenidən seçilmək fikrində deyiləm, konstitusiyaya görə bunu edə bilmərəm. Ani ictimai rəy sorğuları ilə ölkənin maraqları arasında mən sonuncunu seçəcəyəm”, – Makron TF1 və “France 2” telekanallarına müsahibəsində deyib.

“Qeyri-populyarlıqla üzləşməli olsam da, buna hazıram”, – o əlavə edib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir