Çərşənbə günü Beyrutun mərkəzində kütləvi etiraz mitinqi keçirilib.
Məlumata görə, Riada Solha meydanına toplaşan nümayişçilər hökumət sarayını ələ keçirməyə cəhd ediblər.
Onlara qarşı gözyaşardıcı qaz qumbaralarından istifadə edən polis qüvvələri bu cəhdin qarşısını alıb. Nəticədə bəzi fəallar yaralanıb.
Livan müəllimlər həmkarlar ittifaqının rəhbəri Məhəmməd Kasemim sözlərinə görə, nümayişçilər hakimiyyətdən əmək haqlarının və əmək pensiyalarının təcili indeksləşdirilməsini tələb edirlər.
Qeyd edək ki, 2022-ci ildə 162,4% inflyasiya ilə Livan dünyada Zimbabvedən (280,4%) sonra ikinci yeri tutub.
Mənbə: TASS
www.RESMIXEBER.az