Evi qaz boruları ilə çevrələnən sakindən etiraz – VİDEO

Cəmiyyət


Gəncənin Bayan küçəsi, 147A ünvanında yerləşən evin sakinləri çəkilən qaz xətlərinin yaratdığı təhlükədən şikayətçidir.

Gülnarə Ələkbərovanın sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, problem öz həllini tapmayıb.

“3 GRP-ni gətirib evimin qarşısına qoyublar. Bu nə dərəcədə düzgündür?! Bu GRP-lər uşaqlarımın həyatı üçün təhlükəlidir”, – deyə şikayətçi qeyd edib.

Gəncə Regional Qaz İstismar İdarəsindən isə məsələ ilə bağlı bildirilib ki, vaxtilə qaz xətti və tənzimləyici şkaf təlimata uyğun olaraq ərazidə quraşdırılıb və həmin vaxt orada ev olmayıb. Abonentə izah edilib ki, qaz xətti və tənzimləyici şkafın yerini dəyişmək üçün xüsusi lisenziyası olan şirkətə müraciət etməli və xərclər vətəndaş tərəfindən ödənilməlidir.

Qurumdan həmçinin bildirilib ki, xidmət ərazisindəki bütün xətlər və qaz tənzimləyici şkaflar müntəzəm olaraq yoxlanılır və sakinlərin həyatı üçün təhlükə yoxdur.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir