Sabirabadda inkassatorun vurduğu qız xəstəxanada öldü

Cəmiyyət


Sabirabadda inkassatorun vurduğu qız 4 gün sonra xəstəxanada ölüb.

resmixeber.az xəbər verir ki, martın 17-də 1978-ci il təvəllüdlü Zeynalov Rauf Süleyman oğlu idarə etdiyi inkassator “Ford Transit” markalı avtomobillə Sabirabad rayonu, Bala-Həşimxanlı kəndi ərazisində hərəkətdə olan zaman qarşısına çıxan velosipedçi 1972-ci il təvəllüdlü Əliyev Suliddin Lətif oğlunu vurması nəticəsində sonuncu hadisə yerində ölüb.

Oturacaqda əyləşən qızı 2011-ci il təvəllüdlü Əliyeva Zeynəb Suliddin qızı xəsarətlər alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına daxil olub.

Onun vəziyyəti ağır olduğundan Bakıda yerləşən özəl xəstəxanaya köçürülüb.

Lakin həkimlərin səylərinə baxmayaraq o, xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir