Hikmət Hacıyevdən Novruz bayramının beynəlxalq səviyyədə tanınması ilə bağlı paylaşım – FOTO

Siyasət


Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Novruz bayramının beynəlxalq səviyyədə tanınması ilə bağlı paylaşım edib. 

O, bununla bağlı fikirlərini rəsmi “Twitter” hesabında bölüşüb. 

“21 Mart – Beynəlxalq Novruz Günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2010-cu il tarixli A/RES/64/253 saylı qətnamə ilə bu bayramı qeyd edən bir neçə ölkənin təşəbbüsü ilə elan edilib. Azərbaycan da bu qətnamənin təşəbbüskarları sırasındadır”.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir