Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Qarabağda hərbi yüklərin qanunsuz daşınmasına münasibət bildirib.
“Erməni separatçıları tərəfindən Xankəndidə hərbi yüklərin qanunsuz qaçaqmalçılığı ilə bağlı daha bir fakt. Bütün günü Laçın-Xankəndi yolunda keçirilən dinc ekoaksiyaya münasibət bildirən xarici nümayəndələr niyə bu qanunsuzluğa susurlar? Hərəkət etmək vaxtıdır!”, – deyə diplomat bu barədə “Twitter” hesabında paylaşım edib.
O, hərbi yüklərin qanunsuz daşınması ilə bağlı görüntülər də paylaşıb.
Another fact of illegal smuggling of military supplies into Khankendi🇦🇿 by Armenian separatists.
Why do foreign representatives, who comment all day long about the peaceful eco-action on the #Lachin–#Khankendi road, not raise their voices against this lawlessness? Time to act❗️ pic.twitter.com/OA1yWTA3Ib
— Ali Alizada 🇦🇿 (@Ali_F_Alizada) March 21, 2023
www.RESMIXEBER.az