Azərbaycanın 65 rayon və şəhərindən 51-i dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımı almadan xərclərini öz gəlirləri hesabına maliyyələşdirib.
resmixeber.az-ın məlumatına əsasən, bu barədə Azərbaycan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
Hesabat Milli Məclisin iclasında müzakirə edilir.
Hesabatı Baş nazir Əli Əsədov təqdim edir.
Sənəddə göstərilir ki, 2022-ci ildə rayon və şəhərlərin yerli gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 32,1 milyon manat dotasiya ayrılıb.
www.RESMIXEBER.az