22 gündür ki, Vətən müharibəsi iştirakçısından xəbər alınmır: Liviyada itib – FOTO

Cəmiyyət


“Üç həftədən çoxdur ki, oğlumdan xəbər ala bilmirəm”.

Bunu resmixeber.az-a açıqlamasında oğlu itkin düşən Füzuli İsmayılov bildirib.

Onun sözlərinə görə, oğlu Nazir İsmayılov Türkiyədə fəaliyyət göstərən şirkətlərin birində çalışır:

“22 gündür ki, ondan xəbər ala bilmirik. Mən həmin şirkətlə əlaqə saxladım. Bildirdilər ki, oğlum olan gəmi Liviyanın ərazisinə icazəsiz girdiyi üçün saxlanılıb. Cərimə ödənilən zaman sərbəst buraxılacaqlar. Həmin gəmidən kiminsə də nömrəsi verilmir ki, əlaqə saxlayıb, oğlumla danışım”.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə resmixeber.az-a bildirib ki, məsələ nəzarətə götürülüb, araşdırma aparılır.

Qeyd edək ki, Nazir İsmayılov Vətən müharibəsi iştirakçısıdır.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir