Papikyan və KTMT baş katibi Azərbaycanla sərhəd bölgəsindəki vəziyyəti müzakirə ediblər

Dünya


Ermənistanın müdafiə naziri Suren Papikyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov Ermənistanın Azərbaycanla sərhəd bölgəsindəki vəziyyəti müzakirə edib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələlərini, o cümlədən Ermənistanın Azərbaycanla sərhəd bölgəsindəki vəziyyəti və Ermənistan ətrafındakı hərbi-siyasi vəziyyəti müzakirə ediblər. Xüsusilə, sərhəd bölgəsindəki vəziyyətdən danışan Papikyan KTMT-nin kollektiv müdafiə mexanizmləri ilə bağlı problemlərdən və ölkəsinin gözləntilərindən danışıb”, – məlumatda deyilir.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir