Almaniyanın bir neçə hava limanında uçuşlar ləğv ediləcək

Dünya


Almaniyanın Düsseldorf, Köln/Bonn və Ştutqart hava limanlarında sabah – 17 mart tarixində işçilər əməkhaqlarının artırılması tələbi ilə tətil edəcəklər.

Bu barədə “Ver.di” həmkarlar ittifaqı məlumat yayıb.

Təhlükəsizlik və gömrük işçilərinin də işə gəlməyəcəyi üçün sözügedən hava limanlarında əksər uçuşların ləğv ediləcəyi bildirilir.

Qeyd edilib ki, cümə günü səyahət edəcək sərnişinlər rezervasiyalarına nəzarət etməli və uçuşlarını tətil aksiyasına qoşulmayan hava limanına dəyişməlidirlər.

Mənbə: Loyaltylobby

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir