Əhliman Əmiraslanov: “Son illər AMEA-nın nüfuzuna xeyli zərər dəyib”

Cəmiyyət


“Çox təəssüf ki, son illər AMEA-nın cəmiyyətdə nüfuzuna xeyli zərər dəyib”.

resmixeber.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov AMEA-nın ümumi yığıncağında deyib.

O bildirib ki, bunun səbəbi elm sahəsində böyük uğurlar əldə etməyən insanların bu və ya digər strukturlara cəlb olunmasıdır:

“Ümid edirəm ki, görüləcək işlər AMEA-nın nüfuzunun qaytarılmasına öz müsbət təsirini göstərəcək. Həmçinin, bir iradım da elmi-tədqiqat institutlarının tabeçiliyinin dəyişdirilməsidir. Hesab edirəm ki, bu dəyişiklik onların fəaliyyətinə, yüksəkixtisaslı kadrların işinə mənfi təsir etməməlidir”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir