Aydın Kərimov: “Azad edilmiş ərazilərin turizm potensialının reallaşdırılması istiqamətində işlər aparılır”

Siyasət


“Azad edilmiş ərazilərin turizm potensialının reallaşdırılması istiqamətində işlər aparılır”.

“resmixeber.az” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr zamanı deyib.

“Azərbaycan Qarabağda “yaşıl zona” konsepsiyasını həyata keçirərək bu əraziləri bərpa edir, tikinti işlərində yüksək texnologiyalardan istifadə olunur”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, hazırda keçmiş məcburi köçkünlərin Şuşaya qayıtması üçün infrastrukturun yaradılması istiqamətində də işlər aparılır:

“Məşğulluğun və insan kapitalının inkişafı üzərində işləyirik. Şəhərdə lazımi infrastruktur yaradılır. İstəyirik ki, tezliklə buraya qayıdacaq keçmiş məcburi köçkünlərin sabit həyatı üçün etibarlı zəmin yaradılsın”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir