İranda etiraz aksiyaları barədə xəbər hazırlayan jurnalistə həbs cəzası verildi – FOTO

Dünya


İran məhkəməsi jurnalist Ruhullah Nəxəi barədə 2 il 7 ay müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarıb.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə jurnalistin vəkili Səid Xəlili xəbər verib.

Bildirilib ki, xarici və beynəlxalq siyasi məsələlər üzrə ixtisaslaşan iranlı jurnalist 22 sentyabr 2022-ci ildə etiraz aksiyaları barədə məlumat yaydığına görə həbs edilib.

Qeyd edək ki, İran Jurnalistlər Birliyi bir müddət öncə yaydığı bəyanatda son 5 ay ərzində ölkədə 100-ə yaxın jurnalistin həbs edildiyini bildirib.

Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən “Şərq” qəzetinin əməkdaşlarının da adı var.

Saxlanılanların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da, onlarla jurnalist hələ də həbsdə saxlanılır.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir