Bələdiyyə bütün biletləri aldı: Azarkeşlərə pulsuz paylanacaq

Dünya


UEFA Konfrans Liqasının 1/8 final mərhələsində keçiriləcək “Sivasspor” – “Fiorentina” cavab oyunu üçün azarkeşlərin bilet almasına ehtiyac olmayacaq.

Türkiyə klubunun yaydığı məlumata görə, bütün biletləri Sivas Bələdiyyəsi alıb. Biletlər azarkeşlərə pulsuz paylanacaq. Bir nəfər maksimum üç biletə sahiblənə biləcək.

Sabah keçiriləcək “Sivasspor” – “Fiorentina” matçı Bakı vaxtı ilə 21:45-də başlayacaq. İlk görüşdə italyanlar minimal hesablı (1:0) qələbə qazanıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir