Küləkli hava şəraiti neçə gün davam edəcək?

Cəmiyyət


“Ölkə ərazisində küləkli hava şəraiti martın 15-i gecə saatlarınadək davam edəcək”.

Bunu resmixeber.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, martın 15-i gün ərzində paytaxt və bölgələrdə hava şəraiti dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək:

“Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Bakı və Abşeron yarımadasında 13-16 dərəcə, aran rayonlarında 15-20 dərəcə, dağlıq rayonlarında isə 3-8 dərəcə isti olacaq”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir