Mahir Emrelidən iddialı açıqlama: “Qalatasaray”ın qələbə seriyasına son qoya bilərik”

Dünya


Türkiyənin “Konyaspor” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli Super Liqanın XXVI turunda “Qalatasaray”a qarşı keçirəcəkləri matç barədə fikirlərini bildirib.

25 yaşlı hücumçu rəqibin 14 oyunluq qələbə seriyasına son qoya biləcəklərini deyib:

“Oyuna köklənmişik. Rəqibi tanıyırıq. Liqada liderdirlər. Yaxşı qələbə seriyaları var, amma biz buna son qoya bilərik”.

Qeyd edək ki, martın 17-də keçiriləcək “Konyaspor” – “Qalatasaray” matçı Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Mənbə: yenikonya.com.tr

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir