PSJ yayda beş futbolçu ilə yollarını ayıra bilər.
Paris təmsilçisi Karlos Soler, Renatu Sançeş, Fabian Ruis, Juan Bernat və Hüqo Ekitikeni göndərməyə hazırlaşır. Klub maliyyə feyr-pleyinə uyğunlaşmaq üçün gəlir və xərclər arasındakı fərqi azaltmaq ehtiyacına görə bu addımı atacaq.
PSJ Liqa 1-də 27 turdan sonra turnir cədvəlinə başçılıq edir. Kristof Qaltyenin komandasının 66 xalı var və ikinci pillədə qərarlaşan “Marsel”i 10 xal qabaqlayır.
Mənbə: “L’Equipe”
www.RESMIXEBER.az