İtaliya Futbol Federasiyası ölkə Super Kubokunun formatını dəyişib.
A Seriyasının yaydığı açıqlamaya görə, yarış “dördlər finalı” şəklində oynanılacaq. Mini-turnirdə ölkə çempionatının qızıl və gümüş mükafatçıları və İtaliya Kubokunun finalçıları iştirak edəcəklər. Super Kubokun növbəti il yeni formatda oynanılmasına qərar verilib. Bunun sonrakı mövsümlər üçün keçərli olub-olmayacağı bəlli deyil.
Titulun son sahibi “İnter”dir.
www.RESMIXEBER.az