İranda Novruzun İlaxır çərşənbəsində təşkil edilən ənənəvi bayram şənliklərində 15 nəfər həyatını itirib.
Bu barədə İran Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, xəsarət alanların əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına riayət etməyənlər, tonqal üzərindən atılarkən yanıq xəsarəti alan şəxslərdir.
Ölüm halları Təbrizdə, Tehranda, Həmədanda, Urmiyada və Qəzvində qeydə alınıb.
Çərşənbələrin qeyd edilməsi zamanı xəsarət alanların ümumi sayı isə 338 nəfər olub.
Onlardan altısının vəziyyəti ağır olduğundan xəstəxanaların reanimasiya şöbəsinə yerləşdiriliblər.
Mənbə: Tasnim
www.RESMIXEBER.az