ABŞ prezidentliyinə real namizəd Ukrayna ilə bağlı planlarını açıqladı – FOTO

Dünya


“Ukrayna ABŞ-nin milli maraqları sırasında deyil”.

Bu barədə ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis Ukrayna böhranını şərh edərkən bildirib.

Xatırladaq ki, ekspertlər Ron Desantisi 2024-cü ildə keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə əsas namizədlərdən biri adlandırırlar.

“ABŞ-nin bir çox həyati əhəmiyyətli milli maraqları var – sərhədlərin təhlükəsizliyinin təminatı, silahlı qüvvələrin döyüş hazırlığının gücləndirilməsi, enerji təhlükəsizliyi və müstəqilliyi, Çin Kommunist Partiyasının iqtisadi, mədəni və hərbi gücünün nəzarət altına alınması… Ukrayna və Rusiya bu sıraya daxil deyil”, – deyə siyasətçi qeyd edib.

Mənbə: “Fox News”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir