Bakı dairəvi avtomobil yolunda maşını aşırıb, qadının ölümünə səbəb olan şəxs DANIŞDI – VİDEO

Cəmiyyət


Dünən Bakı şəhəri kənar dairəvi yolda ağır yol-nəqliyyat hadisəsi törədən şəxs danışıb. 

resmixeber.az-ın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat paylaşıb. 

Hadisəni törədən Seyidov Namiq Mirqasım oğlu tələsdiyi üçün yüksək sürətlə kobud şəkildə manevretmə qaydasını pozduğunu etiraf edib:

“Yük maşınının sağına çıxdım. Nəticədə sərnişin Səbinə Məhərrəmova vəfat etdi. Həmin yolda sürət həddi 100 km/saatdır, amma sürücülər sürəti 110-120 km/saata artırırlar. Mən hər zaman radarı keçdikdən sonra sürəti 110 km/saat-a qədər artırıram. Dünən də elə oldu. Həmin vaxt xanım təhlükəsizlik kəmərini taxsa idi, bəlkə də indi sağ idi”.

Qeyd edək ki, dünən paytaxtın kənar dairəvi yolunun 4-cü km-də KIA markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Seyidov Namiq Mirqasım oğlunun maşını yüksək sürətlə və kobud qayda pozuntuları törədərək idarə etməsi nəticəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qəza zamanı sürücü yüngül xəsarət alıb, sərnişini, 1991-ci il təvəllüdlü Səbinə Məhərrəmova ölüb. Qadının iki azyaşlı övladı var.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir