Tokioda rəsmi olaraq sakuranın çiçəkləməsi mövsümünün başlandığı elan edilib.
Elanı Yaponiyanın Milli Meteorologiya İdarəsi yayıb.
Məlumatda qeyd olunub ki, bu il sakuranın çiçəkləməsi mövsümü həmişəkindən 10 gün tez başlayıb.
Məlumat üçün əlavə edək ki, sakura martın əvvəlindən başlayaraq may ayına qədər Yaponiyanın müxtəlif rayonlarında fərqli vaxtlarda çiçəkləyir. Sakura ağacının çiçəkləməsi Yaponiya mədəniyyətinin ayrılmaz bir hissəsi kimi qəbul edilir.
Çəhrayı və sarı çiçək açan sakura bağları yaz aylarında cənnəti xatırladır. Yaponlar üçün həmin çiçəklər həyatın gözəl, qısa və fani olmasının rəmzinə çevrilib.
Mənbə: TASS
www.RESMIXEBER.az