Xankəndi yolunda BQXK və RSK avtomobillərinin keçidinə şərait yaradılıb – YENİLƏNİB + FOTO

Cəmiyyət


Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 9 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“resmixeber.az”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2 yük və 1 minik avtomobili Laçından Xankəndi istiqamətinə, 1 yük avtomobili isə Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 79-a çatıb.

17:31

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus daha doqquz avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

“resmixeber.az”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, səkkiz minik və bir yük avtomobili Laçından Xankəndi istiqamətinə keçid edib.

Avtomobillərin içərisində erməniəsilli şəxslər olub.

Həmçinin Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Beş minik və 31 yük avtomobili Laçından Xankəndi istiqamətinə, üç yük və beş minik avtomobili isə əks istiqamətdə maneəsiz hərəkət edib.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 70-ə çatıb.

10:50

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 14 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

“resmixeber.az”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, səkkiz minik və altı yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.

Həmçinin Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin hərəkət etməsinə şərait yaradılıb.

14 minik və 13 yük avtomobili Xankəndidən Laçın, bir yük maşını isə əks istiqamətə maneəsiz hərəkət edib.

Bu bir daha onu sübut edir ki, yol, aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrədək Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 28-ə çatıb.

08:18

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 93 gündür davam edir.

AZƏRTAC xəbər verir ki, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir