Azərbaycanda qanunsuz dini yığıncaqlar təşkil edən qadın saxlanıldı – FOTO

Kriminal


Göyçay rayonunda qanunsuz dini yığıncaqlar təşkil edən qadın saxlanılıb.

resmixeber.az-ın məlumatına görə, Samirə Cəfərova iki min manat cərimə olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Samirə Cəfərova Göyçay Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı saxlanılıb:

“Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin, eləcə də keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsi ilə protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə S.Cəfərova iki min manat cərimə olunub”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir