Litva parlamenti “Vaqner” şirkətini terror təşkilatı kimi tanıdı

Dünya


Litva Seymi (parlamenti) “Vaqner” özəl hərbi şirkətini terror təşkilatı kimi tanıyan qətnaməni yekdilliklə qəbul edib.  

117 litvalı deputat – iclasda iştirak edən bütün parlamentarilər sənədin qəbulunun lehinə səs veriblər.

Xatırladaq ki, 2023-cü il yanvarın sonunda ABŞ Maliyyə Nazirliyi “Vaqner”I transmilli cinayət təşkilatı kimi tanıyıb. Vaşinqtonda bu şirkət təkcə Ukrayna müharibəsində iştirakda deyil, həm də dünyanın digər ölkələrində hərbi əməliyyatlar keçirməkdə ittiham olunub.

Mənbə: Lenta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir