Rusiya XİN taxıl müqaviləsini uzatmağa hazır olduğunu açıqlayıb

Dünya

Rusiya müddəti martın 18-də başa çatan Ukrayna ilə taxıl müqaviləsinin uzadılmasına etiraz etmir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin məsələ ilə bağlı Cenevrədə BMT ilə danışıqlar başa çatdıqdan sonra deyib.

“Rusiya tərəfi BMT-nin baş katibi Antoniu Quterreş tərəfindən təklif edilən İstanbul sazişlərinin paket xarakterini qeyd edərək, Qara dəniz təşəbbüsünün ikinci müddətinin 18 martda başa çatmasından sonra yalnız 60 gün müddətinə yenidən uzadılmasına etiraz etmir”, –  Verşinin bəyan edib.

O, qeyd edib ki, Moskvanın sövdələşmənin uzadılması ilə bağlı gələcək mövqeyi Rusiya kənd təsərrüfatı ixracının, o cümlədən bank ödənişləri, nəqliyyat logistikası, sığorta, maliyyə fəaliyyətinin dondurulmaması və tədarükün “normallaşdırılması istiqamətində real – sözdə deyil, əməli addımlardan” asılı olacaq.

Nazir müavini vurğulayıb ki, hazırda Aİ, ABŞ və Böyük Britaniyanın Rusiya ərzaq məhsullarına qarşı elan etdiyi sanksiyaların yumşaldılması heç bir nəticə vermir.

Mənbə: forbes.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir